Çin bu gün Myanmada fırıldaqçılıqla məşğul olan 11 nəfəri edam edib.
Teleqraf xəbər verir ki, onlar Myanmada fırıldaqçılıq mərkəzləri idarə edən "Min" kriminal ailəsinin üzvləri olublar.
Təqsirləndirilən şəxslər qətl, qanunsuz həbs və fırıldaqçılıqda ittiham olunublar.
Edamdan əvvəl təqsirləndirilən şəxslərə ailələri ilə görüşməyə icazə verilib.
Min ailəsi, onlayn fırıldaqçılıq və digər cinayətlərlə məşğul olan yüzlərlə obyektə nəzarət edən Şimali Myanmadakı ən böyük cinayətkar sindikatlardan biri idi. Qrupun əsas mərkəzi Kokanq bölgəsindəki "Crouching Tiger" villa kompleksi olub. Burada 10 minə insan işləyib.
Çin 2023-cü ildə qurbanların ailələrinin şikayətlərindən və beynəlxalq etirazlardan sonra bu cür mərkəzlərə qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
11 nəfərin hamısı 2025-ci ilin sentyabr ayında edam cəzasına məhkum edilib.
Edamlar Çin Ali Xalq Məhkəməsinin təsdiqi ilə Vençjou şəhərinin (Çejyanq əyaləti, şərqi Çin) Aralıq Xalq Məhkəməsi tərəfindən həyata keçirilib.