Çinin "Taliban"la dostluğunun təhlükəli yönləri var
02:30 08.09.2021
Dünya
1042
Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istisna deyil
"Taliban" ABŞ və NATO üzərində faktiki qələbə qazanaraq Əfqanıstanda nəzarəti ələ keçirsə də, idarəetmədə problemlərlə üzləşib. Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qalan qismi də qaçmağa çalışır, ikincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları dondurulub, insanlara isə dolanmaq üçün pul lazımdır, bank sistemi çöküb".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib. O qeyd edib ki, "Taliban"ın bu vəziyyətdə əsas ümidi xarici investisiyalarıdır: "Ancaq indiki vəziyyətdə böyük dövlətlərin mütləq əksəriyyəti Əfqanıstana yatırım qoymayacaq. Qərb dövlətlərinin "Taliban"la təmasları olsa da, bu hərəkatı rəsmən tanımır, Əfqanıstandakı səfirliklərini Qətərə köçürüblər.
"Taliban"ın daxili və xarici siyasəti də hələ bəlli deyil. Yeganə Çindir ki, ilkin şərt irəli sürmədən "Taliban"la əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymağa hazırdır. Pekin bu məqsədlə bölgənin digər ölkələri ilə də təmasları genişləndirib. Çin və İran xarici işlər nazirləri bir neçə gün əvvəl telefonla danışıblar. Nazirlər telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı Əfqanıstanla bağlı da geniş fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Çinlə İran Əfqanıstanda barışın əldə edilməsi üçün koordinasiyalarını davam etdirəcəklər. Pekinin əsas hədəflərindən biri "Taliban"ın terrorçu qruplardan uzaqlaşmasıdır.
Çünki "Taliban" keçmişdə müxtəlif terrorçu qruplarla, o cümlədən radikal uyğurlarla əməkdaşlıq edib. "Taliban" Pekinə vəd verib ki, silahlı uyğurlarla mübarizə aparacaq və onların Əfqanıstan ərazisində fəaliyyətinə imkan verməyəcək. Pekin bu vədə inanmaqla yanaşı "Taliban"ın əməldə nə edəcəyini müəyyənləşdirmək istəyir. Buna baxmayaraq, "Taliban"ın formalaşdırdığı yeni hökumətlə əməkdaşlığa hazırlaşır".
Politoloq qeyd edib ki, ideologiyalar fərqli olsa da, Çində hakim Kommunist Partiyası ilə "Taliban" idarəetmə baxımından bir-birinə yaxındır:
"Hər ikisi idarəetmədə avtoritar metodlara əsaslanır. Çin Kommunist Partiyası üçün fərqli fikirlər yaddır, tətbiq etdiyi qaydalar tənqid edilməməli və iqtisadiyyat planlaşdırmaya tabe olmalıdır. "Talibanın" idarəetməsində də fərqli heç nə yoxdur. "Taliban" əfqanların sərt qaydalara tabe olmasını tələb edir, alternativ fikir mümkünsüzdür. Çinin "Taliban"la dostluğunun təhlükəli yönləri də var. Birincisi, "Taliban" ölkəyə nəzarəti böyük ölçüdə əldə etsə də, müqavimətlə üzləşib. Əfqanıstanın Pəncər vadisindəki qüvvələr "Taliban"a təslim olmaq istəmir, dağlarda partizan savaşına hazırlaşırlar. Bu o deməkdir ki, Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istisna deyil. İkincisi, "Taliban" verdiyi vədlərə baxmayaraq, terrorçu qruplarla gizli əlaqələrini davam etdirə bilər. Odur ki, Pekin “inan, ancaq yoxla” siyasətindən çıxış etmək məcburiyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə