Dəmir Qübbə kimi raket və müdafiə sistemləri istehsal edən mərkəzlər vurulub.
Axar.az xəbər verir ki, bu barədə İran ordusunun məlumatında bildirilib.
"Müxtəlif növ döyüş PUA-larından istifadə edərək Nof ha-Galil sənaye şəhərində və Təl-Əvivdə "Elbit Systems", "Kanfit" infrastruktur mərkəzlərini, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsinə zərbələr endirilib”, - məlumatda qeyd olunub.