Denis Şmıqal istefa verdi

Ukrayna Baş nazirinin birinci müavini və Rəqəmsal Transformasiya naziri Mixayıl Fedorov və müdafiə naziri Denis Şmıqal istefa veriblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk məlumat verib.

Stefançuk hər iki istefa ərizəsinin Ukrayna parlamentinə təqdim edildiyini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Denis Şmıqala Baş nazirin birinci müavini və energetika naziri vəzifəsini təklif edib.