Dünyada qadağan edilən bəzi körpə adları açıqlanıb

Böyük Britaniyada yayımlanan "Daily Express" yazır ki, bəzi ölkələrdə uşaqlara verilən müəyyən adlar rəsmi şəkildə qadağan edilib və ya qəbul olunmayıb.

Sherg.az xəbər verir ki, məlumata görə, qadağan edilən adlar arasında “Cyanide” (sianür – zəhərli maddə), “Adolf”, “Aryan”, “Metallica”, “Monkey”, “Friday”, “Osama Bin Laden”, “Thor” və hətta 43 hərfdən ibarət uzun bir simvolik ad da var.

Bəzi ölkələr bu adları ya mənfi tarixi assosiasiyalar, ya da uşağın psixoloji və sosial rifahına təsir edə biləcəyi səbəbilə qəbul etmir. Məsələn, “Adolf” adı Hitlerlə bağlı olduğu üçün Almaniya və bir sıra ölkələrdə məhdudlaşdırılıb, “Osama Bin Laden” isə ekstremizm səbəbilə rədd edilib.

Mütəxəssislər bildirir ki, bəzi ölkələrdə ad seçimi qanunlarla tənzimlənir və məqsəd uşağın gələcəkdə diskriminasiya və ya psixoloji təzyiqlə üzləşməsinin qarşısını almaqdır.