Dünyanın ən böyük beynəlxalq dəniz təlimi başladı

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı altında dünyanın ən böyük beynəlxalq dəniz təlimi olan “RIMPAC 2026” Sakit okeanda Havay adaları yaxınlığında başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb.

Ayın sonuna qədər davam edəcək təlimlərdə 30 ölkənin donanması - 31 gəmi, 5 sualtı qayıq, 197 təyyarə və 1100 dəniz piyadası da daxil olmaqla, 30 min hərbi qulluqçu iştirak edir.

Təlim komandiri ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Ceffri Kablonun sözlərinə görə, iştirakçılar hava hücumundan müdafiə əməliyyatları, desant qoşunları, sahil minalarının təmizlənməsi, humanitar yardım, fəlakətlərin aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatları üzrə məşqlər edəcəklər.