Elon Musk hiddətlənib: Bayden hakimiyyətdə qalmaq üçün sərhəd qapılarını açır
Yusif Nəzərli
12:48 04.02.2024
Dünya
561
Texnologiya milyarderi Elon Musk, ABŞ prezidenti Co Baydenin demokratların daimi təkpartiyalı dövlət yarada bilməsi üçün ölkəyə mümkün qədər çox qeyri-qanuni immiqrantı leqallaşdırmaq istədiyini söyləyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Elon Musk bu qərara qarşı çıxaraq , demokratların daimi hakimiyyətdə qalması üçün milyonlarla insanın bilərəkdən ölkəyə buraxıldığını bildirib.
Mask, sosial media hesabında Baydenin vəzifədə olarkən təqribən 11 milyon insana hüquqi statusun verilməsinə üstünlük verməyi planlaşdırdığını göstərən bir hesabat paylaşaraq prezidenti sərt tənqid edib.
Mask, "Baydenin strategiyası çox sadədir... 1. Ölkəyə mümkün qədər çox qeyri-qanuni insan gətirin. 2. Daimi çoxluq yaratmaq üçün onları qanuniləşdirin. Təkpartiyalı dövlət əldə edəcəksiniz. Ona görə də qeyri-qanuni immiqrasiyanı təşviq edirlər. Çox. sadə, amma təsirlidir" deyə bildirib.
İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) hesabatı göstərir ki, ABŞ-da qeydiyyatdan keçməmiş qeyri-qanuni immiqrantların sayı 2021-ci ildə 3,7 milyon, 2022-ci ildə təxminən 4,8 milyon, 2023-cü ildə isə təxminən 6,2 milyon olub.
Mask, öz paylaşımını X sosial media hesabının yuxarı hissəsində qeyd edib: "Bu, niyə bu qədər az adamın deportasiya edildiyini izah edir, çünki deportasiya edilən hər bir insan itirilmiş səsdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi