Epşteynin əlbir olduğu şəxs ABŞ Konqresində ifadə verməkdən imtina etdi

Maliyyəçisi Ceffri Epşteynlə əlbir olmaqda təqsirli bilinən Gislaine Maksvell Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsində ifadə verməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə "ABC News"a Nümayəndələr Palatasının sədri Ceyms Komerin bildirib.

"Maksvell Beşinci Düzəlişə istinad etdi və heç bir suala cavab verməyəcəyini dedi. Ona Epşteynin törətdiyi cinayətlər, eləcə də mümkün əməkdaşlığı barədə çoxlu sualımız var idi", - deyə o bildirib.

ABŞ Konstitusiyasına Beşinci Düzəliş özünə qarşı ifadə verməyi qadağan edir.

Gislaine Maksvell yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 illik həbs cəzası çəkir.