Uşaq təcavüzü işi ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteynin şəxsi yazışmalarında "Microsoft" şirkətinin qurucusu Bill Qeytslə bağlı iddialar yer alıb.
APA xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti maliyyəçinin işi üzrə yeni materiallara istinadən yazıb.
Məlumata görə, Epşteynin 2013-cü ilin iyulunda özünə göndərdiyi elektron məktublarda Bill Qeytsi tənqid etdiyi, onun “rus qızları” ilə cinsi əlaqədən sonra infeksiya yoluxduğunu iddia etdiyi qeyd olunub.
Yazışmalarda Epşteyn Qeytsin bu məsələni həyat yoldaşından gizlətmək istədiyini və ondan antibiotik tapmaqda kömək xahiş etdiyini də iddia edir.
Qeyd edək ki, bu iddialar Epşteynin şəxsi qeydlərində yer alır və rəsmi şəkildə təsdiqlənməyib.