Əraqçi və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Rusiya və İran münasibətləri yeni mərhələyə qədəm qoyub.

Teleqraf xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.

Onun sözlərinə görə, hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanması və qüvvəyə minməsindən sonra iki ölkə arasında əlaqələr yeni səviyyəyə yüksəlir:

"İran xarici işlər naziri Abbas Əraqçinin Moskvaya səfərinin əsas hissəsi ikitərəfli gündəlik məsələlərə həsr olunacaq. Eyni zamanda, görüşlərdə regional və beynəlxalq gündəmdəki məsələlər də müzakirə ediləcək. Rusiya və İranı birləşdirən əsas regional məsələlərə Cənubi Qafqaz, Mərkəzi Asiya, Əfqanıstan, regional təhlükəsizlik problemləri və Xəzər dənizi ilə bağlı məsələlər daxildir".

Xatırladaq ki, dekabrın 17-də Abbas Əraqçi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.