"Doqquz nəvəm var. Bu da kasıb üçün ayrıca bir gözəllikdir. Bildiyiniz kimi, daim dediyim bir söz var: ən azı üç uşaq. Bu, güclü ailənin vazkeçilməz şərtidir. Nəslimizi çoxaltmalıyıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Tophane-i Amire" Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunan "Hane" İslam İncəsənəti Sərgisinin açılış mərasimində iştirak edib.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğan sənətçilərin və iştirakçıların suallarını cavablandırıb.
Ona ünvanlanan “Sizi ailə içi kimliklərinizlə - həyat yoldaşı, övlad, baba və ata kimi də tanıyırıq. Bunlardan hansını daha çox sevirsiniz?” sualına Ərdoğan belə cavab verib:
“Hər şeydən əvvəl, təbii ki, babayam. Doqquz nəvəm var. Bu da kasıb üçün ayrıca bir gözəllikdir. Bildiyiniz kimi, daim dediyim bir söz var: ən azı üç uşaq. Bu, güclü ailənin vazkeçilməz şərtidir. Nəslimizi çoxaltmalıyıq.”
Keçən ilin “Ailə İli” elan edildiyini xatırladan Ərdoğan deyib: “Hazırda proseslər yaxşı getmir. Ən yaxınlarımızla söhbət edərkən görürük ki, onlar əhali artımına qarşı çıxırlar və bu, bizi kədərləndirir. Ən yaxın dost bildiklərimiz belə əhali artımına qarşıdır. Ümid edirəm ki, Tophane-i Amiredəki bu görüşümüz əhali artımı məsələsində yeni bir addıma vəsilə olar.”