Ərdoğan Nyu-Yorkda Fransa prezidenti ilə görüşüb - YENİLƏNİB

Ərdoğan Makronla görüşündə bildirib ki, Ankara Ukrayna böhranının həlli üzrə İstanbul danışıqlarını davam etdirməkdə maraqlıdır.

“Türkiyə Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün hər cür səy göstərir və nəticələrə diqqət yetirməklə İstanbul danışıqlarını irəli aparmaq istəyir” - məlumatda bildirilir.

Türkiyə lideri Fransa ilə dialoqun vacibliyini vurğulayıb. O, Ankaranın ticarət, enerji və müdafiə sahələrində əməkdaşlığı davam etdirməyə sadiq olduğunu bildirib. Bundan başqa, Ərdoğan Türkiyənin Avropa İttifaqı ilə əlaqələri "canlandırmaq və inkişaf etdirmək" istəyini ifadə edib .


***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, tərəflər arasında hansı məsələlərin müzakirə olunduğu ilə bağlı məlumat verilməyib.