Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, CHP sədri Özgür Özəlin Kuşadasında keçirilən mitinqdə səsləndirdiyi ifadələrə görə 500 min lirə məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Prezidentin vəkili Hüseyin Aydın sosial media hesabında verdiyi açıqlamada bildirib:
“CHP sədri Özgür Özəlin 29 mart 2026-cı ildə Aydın vilayətinin Kuşadası rayonunda keçirilən mitinqdə etdiyi çıxış zamanı cənab Prezidentimizi hədəf alan yaraşmayan ifadələri və əsassız ittihamlarına görə Ankara Mülki Məhkəməsində 500 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırılmışdır.”
Aydın əlavə edib ki, məsələ ilə bağlı “Prezidenti təhqir etmə” maddəsi üzrə Ankara Respublika Baş Prokurorluğuna da cinayət işi açılması üçün müraciət edilib.