Ərdoğanın Paşinyan, Zelenski və Pezeşkianla görüşünün PƏRDƏARXASI -ANALİZ
09:27 23.09.2024
Dünya
556
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq. Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb. Məlumata görə, Ərdoğanın Almaniya kansleri Olaf Şolts və Serbiya Prezidenti Aleksandr Vuçiçlə də görüşü gözlənilir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a söyləyib ki, dünyanın bir çox ölkəsinin liderləri Birləşmiş Millətlər Təşkilatının 79-cu iclası üçün Amerikada bir araya gəlirlər:
“Prezident Ərdoğan həm toplantı daxilində, həm də xaricində Türk evində çoxlu görüşlər keçirəcək. Bunlardan ən diqqət çəkəni İran prezidenti Məsud Pezeşkianla baş tutacaq görüşdür. Çünki Məsud Pezeşkian İranda perspektivli seçki kampaniyası ilə hakimiyyətə gəldiyi üçün bir çox problemlərlə üzləşir. Xatırlayırsınızsa keçən ilki BMT toplantısında Ərdoğan və İsrailin baş naziri Netanyahu görüşmüşdü. Sözügedən görüşdən 15 gün sonra İran və Rusiya birlikdə HƏMAS-ı hərəkətə gətirərək İsrailə qarşı bir aksiya təşkil etmişdilər. Nəticədə isə Türkiyə-İsrail münasibətləri gərginləşmişdi. Bu il ərzində də İsrail Qəzzaya qarşı əməliyyat keçirib, İranın Dəməşqdəki səfirliyini vurub. İran isə buna cavab olaraq aprelin 13-də İsrailə 1000-ə yaxın raket zərbəsi endirib və nəticədə İsrail kəşfiyyatı İran prezidenti İbrahim Rəisini qisas almaq üçün öldürüb. Bu gərgin atmosferdə Türkiyə üzərindən bir model hazırlamaq işini yekunlaşdırmaq konteksində Məsud bəyin Ərdoğanla görüşü İranın gələcəyi üçün son dərəcə əhəmiyyətlidir. Türkiyənin İranla, xüsusən də İsraillə bağlı rəqabəti Türkiyəni İsraillə qarşı-qarşıya qoyub. Türkiyə bir tərəfdən İranla münasibətləri normallaşdırsa da, qarşıdakı günlərdə İsrail siyasətini də yoluna qoymağa çalışacaq”.
Ekspert bildirib ki, digər mühüm görüş isə Ermənistanın Baş naziri Nikol Paşinyanla olacaq:
“Sovet İttifaqının dağılmasından sonra Türkiyə üç Cənubi Qafqaz ölkəsinin müstəqilliyini tanıdı və onlara sərhəd qapılarını açdı. Lakin Ermənistanla diplomatik əlaqə qurmadı. Çünki Ermənistan Rusiya adından Azərbaycanı işğal etməyə cəhd edirdi ki, bu da Türkiyə üçün məqbul bir vəziyyət deyildi. Azərbaycanın 44 günlük müharibə zamanı torpaqlarını işğaldan azad etməsi isə regionda yeni sülhün bərqərar olacağına ümid yaratdı. 10 noyabr razılaşmasından sonra Azərbaycan və Ermənistan arasında heç bir ilkin şərt qoyulmadan Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli sülh sazişinin imzalanması regionda sülhün bərqərar olması üçün ən məntiqli məsələdir. Türkiyə buna nail olmaq üçün hər iki tərəflə danışıqları davam etdirir. Bu günlərdə Ermənistanla danışıqları davam etdirən səfir Serdar Kılıç Bakıya gələrək uzunmüddətli görüş aparıb. Ümumiyyətlə 10 noyabr sazişindən sonra 4 ildən artıqdır ki, heç bir sülhün imzalanmaması regionda maraqları olan dövlətləri hərəkətə keçirib. Yəni Azərbaycanla Ermənistan arasında açılması ehtimalı olmayan Zəngəzur dəhlizini gündəmə gətirərək sülh sazişini sabotaj etmək istəyənlər işə qarışıb. Amma 10 noyabr sazişinin 9-cu maddəsində belə bir dəhlizdən bəhs edilmir. Rusiya iddia edir ki, regionda qalmaq üçün belə bir dəhliz açılmalı və ona Moskva nəzarət etməlidir. Ermənistan, xüsusən də İran buna qarşıdır. Çünki Ermənistan nəzarətində olmayan dəhlizi suveren hüquqlarının pozulması kimi görür. Rusiya da bu dəhlizin açılması ilə bağlı lazım gələrsə, müharibə olacağını iddia edərək, qeyri-sabitliklə bölgədəki varlığını davam etdirmək istəyir. İran isə belə bir dəhlizin açılmasına cəhd ediləcəyi təqdirdə qonşuluq hüququna əsaslanaraq Ermənistana hər cür dəstəyi verəcəyini bildirir. Bu gərginlik şəraitində Ərdoğan və Paşinyanın görüşü bölgədə sülhün sınanması baxımından son dərəcə əhəmiyyətlidir”.
Analitik qeyd edib ki, ən vacib görüş isə Ukrayna lider Vladimir Zelenski ilə baş tutacaq:
“Çünki Türkiyə Qərblə Rusiya arasındakı bu böhranın həllində vasitəçi olmaq üçün çox mühüm mövqedədir. Türkiyə iki ölkə arasındakı bu böhranın həllində və sülhün sınanmasında güclü liderlərdən biri kimi Ərdoğan Zelenski ilə görüşündə bu müharibəyə son qoymaq barədə fikir mübadiləsi aparacaq. Beynəlxalq panelə çevrilən Birləşmiş Millətlər Təşkilatının illik toplantıları da növbəti il üçün beynəlxalq əlaqələri planlaşdıran toplantı kimi diqqət çəkir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm