Ərəblərin etirazı Trampa təsir etdi

ABŞ Hörmüz boğazında “Azadlıq Layihəsi” missiyasını müvəqqəti dayandırıb

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının etirazından sonra Hörmüz boğazında həyata keçirilməsi planlaşdırılan “Azadlıq Layihəsi” missiyasını müvəqqəti dayandırıb.

Sherg.az "NBC News"-un məlumatına istinadən xəbər verir ki, Ər-Riyad əvvəlcədən məlumatlandırılmadığı üçün ABŞ-a öz hava məkanından və hərbi bazalarından istifadəyə icazə verməyib. Trampın Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı da problemi həll etməyib. Missiya Hörmüz boğazında bloklanan gəmilərə yardım məqsədi daşıyırdı.