Avropa Birliyi İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməyə hazırlaşır. Bu qərarın qəbulunda Fransanın mövqeyini dəyişməsi həlledici rol oynayıb.
Sherg.az xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris artıq İnqilab Keşikçilərinin AB-nin terror siyahısına salınmasını dəstəkləyir.
Qeyd olunur ki, İran daxilində baş verən rejim əleyhinə etirazlar və Tehranın sərt müdaxiləsi Qərbin mövqeyini daha da sərtləşdirib. Məsələ AB xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasında müzakirə olunacaq, eyni zamanda İrana qarşı yeni sanksiyaların da təsdiqlənməsi gözlənilir.