Fransa Livanda beynəlxalq qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb

Fransa Livanda “Hizbullah”ın tərksilah edilməsinin monitorinqində iştirak edə bilər və Livan silahlı qüvvələrini dəstəkləmək üçün bu ölkədə beynəlxalq qüvvələrin yerləşdirilməsini asanlaşdırmağa hazırdır.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "Ouest-France" qəzetinə müsahibəsi zamanı məlumat verib.

"Livan və İsrail hökumətləri arasında əldə edilən razılaşma davamlı atəşkəs üçün tarixi bir perspektiv açır. Biz bu atəşkəsin monitorinqində iştirak etməyə və Livan silahlı qüvvələrinə dəstək verməyə hazırıq. Biz razılaşmanın həyata keçirilməsinin, xüsusən də Livan silahlı qüvvələri tərəfindən Hizbullahın tərksilah edilməsinin yoxlanılmasında iştirak etməyə hazırıq", - o deyib.