Fransa Prezidenti Emmanuel Makron dünyanın ən nüfuzsuz prezidentidir.
Teleqraf xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Filippo "X" sosial media hesabında deyib.
"Cəmi 11% bəyənmə reytinqi ilə və dünyanın ən çox nifrət edilən prezidenti olmaqla, hər hansı bir təşəbbüsdən çəkinməlisiniz! Sizin heç bir legitimliyiniz yoxdur" - Filippo bəyan etdi.
O, Makronu siyasi fəaliyyətə son qoymağa çağırıb: "Əgər həqiqətən istefa vermək istəmirsinizsə, sadəcə bir şey etməyi və deməyi dayandırın! Müddətiniz bitənə qədər gözləyin və ən əsası, hər hansı sözdən və ya hərəkətdən çəkinin".