Fransanın 20-dən çox şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları iş şəraitinin pisləşməsinə etiraz olaraq yanvarın 31-də etiraz aksiyası keçirəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "CNews" agentliyi məlumat yayıb.
Etirazlar əsasən Paris, Strasburq, Lion, Marsel, Lill və digər Fransa şəhərlərində keçiriləcək.
Məqsəd Fransa hakimiyyətinin diqqətini kəskin personal və zəruri avadanlıq çatışmazlığına, eləcə də bəzi binaların iş üçün yararsızlığına yönəltməyə çalışmaqdır.