Fransa “suyu bulandırır”: “Onun həmsədr kimi mövcudluğu sual altındadır”
Banuçiçək Kalbalıyeva
14:52 27.10.2020
Dünya
1090
“Rəsmi Paris işğalçı Ermənistanı dəstəkləyir, Türkiyə isə Azərbaycanın haqq səsini eşidir”
“Xüsusilə son vaxtlar Türkiyə ilə Fransa arasındakı münasibətlər gərginləşir. Bu, daha çox subyektiv səbəblərlə bağlıdır”
“Fransa hələ 1990-cı illərdə də, ondan sonrakı dövrdə də uzun illər Türkiyənin Avropa Birliyinə üzv olmasına əngəl yaradıb”
Məlum olduğu kimi, bir neçə gün əvvəl Fransa Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb. Açıqlamada səfirin məsləhətləşmələr məqsədilə geri çağırıldığı bildirilib.
Lakin Fransanın bu addımından saatlar əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridəki çıxışında Fransa prezidenti Emanuel Makronun islam dininə və ölkəsinə qarşı qərəzinin anlaşılmadığını bildirmişdi. O, həmçinin əlavə etmişdi ki, Fransa prezidentinin psixoloji müalicəyə ehtiyacı var. Görünür, bu, Makronun “xətrinə dəyib”.
BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov bu barədə “Sherg.az”a münasibət bildirib. Onun fikrincə, Fransa prezidentinin kimdənsə “inciməyə” haqqı yoxdur:
“Ərdoğanın son çıxışı əsassız deyildi. Fransanın daxili qərarları, xarici siyasəti gün kimi aydındır. O, fərqli dəyərlərə malik insanların azadlığını məhdudlaşdırır, islamafobiyanı təbliğ edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik funksiyasını yerinə yetirmir. İşğalçını açıq-aşkar dəstəkləyir, yəni “saman altından su yeridir”.
Əlbəttə, özünü vasitəçi kimi təqdim edən ölkənin bu ritorikasını da Azərbaycan və Türkiyə haqlı olaraq müsbət qarşılamır. Fikrimcə, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövcudluğu sual altındadır”.
S.Zahidov, həmçinin tərəflər arasındakı münasibətlərin heç vaxt yaxşı olmadığını vurğulayıb:
“Xüsusilə son vaxtlar Türkiyə ilə Fransa arasındakı münasibətlər gərginləşir. Bu, daha çox subyektiv səbəblərlə bağlıdır. Fransa hələ 1990-cı illərdə də, ondan sonrakı dövrdə də uzun illər Türkiyənin Avropa Birliyinə üzv olmasına əngəl yaradıb. Türkiyə Avropa Birliyinin astasındaykən dəfələrlə ona mane olub. Tərəflərin maraqları xüsusilə, Yaxın və Orta Şərq regionunda, Aralıq dənizində kəsişir.
Amma ölkələr arasında hansısa ərazidəki ziddiyət adətən başqa regionlara da siraət edir. Bu, Türkiyə və Fransa üçün də istisna deyil. İndi onların qarşı-qarşıya gəldikləri əsas regionlardan biri məhz Cənubi Qafqazdır. Fransa işğalçı Ermənistanı dəstəkləyir, Türkiyə isə Azərbaycanın haqq səsini eşidir.
Onu da deyim ki, qardaş ölkə ilə Yunanıstan arasındakı ziddiyətli münasibətlərdə Fransanın qarşı tərəfi dəstəkləməsi “suyu bulandıran” növbəti məqamdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə