Parisdə yerləşən Ərəb Dünyası İnstitutunun rəhbəri, Fransanın sabiq mədəniyyət naziri Cek Lanq amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əməkdaşlıq çərçivəsində çirkli pulların yuyulması iddiası ilə aparılan istintaqdan sonra istefa verib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Lanq bu barədə Fransanın Xarici İşlər Naziriliyinə məktub ünvanlayaraq qeyd edib ki, hazırkı vəziyyət onun rəhbərlik etdiyi Parisdə yerləşən Ərəb Dünyası İnstitutuna zərər verə bilər.