
Fransanın "demokratiya" siyasəti: Rəsmi Paris Martinik xalqına müstəqillik hüququ verməlidir
Yusif Nəzərli
13:00 23.09.2024
Dünya
689
“Az qala hər məsələdə Azərbaycana mane olmağa çalışan, insan haqlarından, xalqların öz müqəddəratını təyin etməsindən və demorkatiyadan dəm vuran Fransanın özü yenə növbəti dəfə beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozub”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Turan Rzayev Fransanın Martinikdə həyata keçirdiyi müstəmləkəçilik siyasətini şərh edərkən bildirib.
O söyləyib ki, Parisin israrla müstəmləkə siyasətini davam etdirdiyi aydın məsələdir:

“Halbuki BMT-nin 1514 saylı qətnaməsinə uyğun olaraq müstəmləkə fəaliyyəti qadağandır. Bununla belə Paris Yeni Kaledonya kimi Martinik xalqının da öz müqəddəratını təyin etmə hüququn tanımır və buna mane olmağa çalışır. Müstəqil Martinik naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Klaudet Duhamel dediyi kimi “Fransa Amerika qitəsinə gələndən sonra hər şeyi əlimizdən aldı. Onlar müstəmləkəçilikdən, sadəcə, öz maraqları üçün istifadə etdilər. Bizimlə mebel kimi davrandılar, bədənimiz bizə aid deyildi. Ona görə də Fransa müstəmləkəçiliyi müstəmləkə siyasətinin ən ağırıdır”. Martinik bu referendumun nəticəsində Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından rəsmi Paris qanunlarına tam şəkildə tabe edilir”.
Eskpert söyləyib ki, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir:
“Bununla belə adada keçirilən 2003-cü il Referendumu zamanı Nəticələr saxtalaşdırılır və Fransanın ərazidə qeyri qanuni fəaliyyəti daha da gücləndirilir. 2010-cu il Referendumundan da nəticələr saxtalaşdırılır və Fransa Martinik xalqının iradəsinə zidd addımlar ataraq onların hüquqlarını daha da məhdudlaşdırır. Klaudet Duhamel Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda da açıq şəkildə qeyd edib ki, Martinikdə keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur. Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edirlər. Fransanın referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edir. Rəsmi Paris başqa ölkələrə insan haqlarından dərs keçsə də təəssüf ki, özü heç bir halda müdafiə etdiyi dəyərlərin birinə belə riayət etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya