Fransaya müharibə elan edildi

Niger Fransa ilə müharibəyə hazırlıq məqsədilə səfərbərlik elan edib.

Axar.az xəbər verir ki, bu barədə Niger lideri Əbdürrəhman Çianinin qərargah rəisi general Amadou İbro mitinqdə bildirib.

"Bilin ki, biz Fransa ilə müharibəyə başlayırıq. Əvvəllər müharibədə deyildik, amma indi Fransa ilə müharibəyə gedəcəyik", - o deyib.

Qeyd edilir ki, Nigerdə ​​ümumi səfərbərlik elan edilməsi barədə fərman ötən ilin dekabr ayının sonlarında Çianinin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qəbul edilib.

Facebook