
Fuad Abbasov: Prezidentin çıxışı NATO və Rusiya arasında qarşıdurmanın olmamasına çağırışdır
12:43 19.12.2024
Dünya
489
Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. O söyləyib ki, birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, bu gün dünyada Çinin mövqeyi güclənməkdədir:

“Soyuq savaş dönəmində olduğu kimi Amerikanın qarşısında təkcə Sovet İttifaqı davamçısı olan Rusiya deyil, eyni zamanda Çin dayanır. Çünki Çinin hərbi, siyasi, iqtisadi qüvvəsi Rusiya və Amerikaya meydan oxumağa imkan yaradır. Belə olan halda Amerikanın Rusiyaya qarşı hansısa fəaliyyət aparması qeyri-məntiqlidir. Co Bayden dönəmində fərqli Amerika gördük. Ukrayna müharibəsinin fərqli boyutlara çatmasında Baydenin rolu danılmazdır. Hətta prezidentliyinin son dönəmində Ukraynaya raketlərlə Rusiyanın dərinliklərini zərbələr endirməyə icazə verdi. Amma Donald Tramp hakimiyyətə gəldikdən sonra NATO-nun əvvəlki kimi Ukraynanı dəstəkləyəcəyinə inanmıram. Çünki Donald Tramp keçmiş prezidentlik dönəmində də NATO-ya münasibətini bildirərək söyləmişdi ki, NATO üzvü olan hər bir ölkə özünün hərbi büdcəsini ayırmalı və Amerikaya ümid etməməlidir. NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama vermişdi ki, Tramp Ukraynanı Rusiyaya təhvil verərsə, Amerikanı alyansdan çıxaracam. Amma Stoltenberqin belə bir səlahiyyətinin olmasını düşünmürəm”.
Ekspert qeyd edib ki, həqiqətən də bu gün Ukrayna savaşından sonra dünya iki qütbə ayrılıb:
“Bunlardan biri Rusiyanın, digəri isə Ukraynanın tərəfdarlarıdır. Azərbaycan isə öz neytral mövqeyimizi saxlayırıq. Lakin bütün dünya Azərbaycanı Rusiya tərəfdarı kimi görməkdədir. Bu halda NATO və Rusiya qarşıdurmasında NATO Azərbaycanın başlıca rəqibi Ermənistana deyil, Azərbaycana qarşı müəyyən addımlar atacaq. Eləcə də, Rusiya NATO üzvü olmağa çalışan Nikol Paşinyan hakimiyyətinə qarşı heç bir mövqe sərgiləməyəcək. İlham Əliyevin açıqlamasında qeyd olunduğu kimi Azərbaycan bütün problemlərin sülh yoluyla həllinin tərəfdarıdır. İlham Əliyevin çıxışı NATO və Rusiya arasında qarşıdurma olmamasına çağırışdır və buna ümid bəsləməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual