Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib.

O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib.

Şoyqu regionda nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü illik görüşü keçirilib. İclasda MDB-də təhlükəsizlik çağırışları və təhdidləri, eləcə də mümkün birgə cavab tədbirləri müzakirə olunub.

Azərbaycanı görüşdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da iclasa qatılıb.