Günəşdə dekabrın ilk güclü partlayışı qeydə alınıb

Günəşdə dekabrın 4-də sonuncudan əvvəlki M güc sinfinə aid partlayış qeydə alınıb. Bu, içərisində olduğumuz həftə ərzində belə gücdə olan ilk partlayışdır.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Dekabrın 4-də Moskva vaxtı ilə saat 5:50-də (Bakı vaxtı ilə saat 6:50 - red.) 4300 Günəş ləkələri qrupunda (N06E52) rentgen diapazonunda 30 dəqiqə davam edən M6.1 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Dekabrda bu günədək Günəşdə yalnız C sinfinə aid partlayışlar və "X" sinfindən bir partlayış müşahidə olunmuşdu.