Gürcüstanda qırmızı xətt keçildi: Zurabişvili hökümət ilə kəllə-kəlləyə gəlir -ŞƏRH
11:58 20.05.2024
Dünya
539
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilinin “xarici təsir” qanununa veto qoyaraq müzakirə üçün bütün imkanları bağladığını deyib.
Kobaxidze bu barədə keçirdiyi brifinqdə bildirib.
O, bildirib ki, Gürcüstanın tərəfdaşları veto prosedurlarını mövqelərin uzlaşdırılması üçün istifadə etmək niyyətində olub, lakin Zurabişvili qanunu kobud surətdə veto edərək sağlam müzakirələr üçün bütün imkanları bağlayıb.
Kobaxidze əlavə edib ki, Gürcüstanda keçirilən sosial sorğuların nəticəsinə görə, ölkə əhalisinin 60%-dən çoxu qanun qəbul edilməsini dəstəkləyir.
Kobaxidzenin fikirlərinə münasibət bildirən politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstanda hakimiyyətdə ikitərəflilik davam edir:
“Bir tərəfdə daha çox Rusiyaya yaxın mövqeyi ilə tanınan Bidzina İvanişvili və onun “Gürcü arzusu” partiyası dayanır. İvanişvili yeni baş nazir seçkisindən sonra açıq şəkildə Avropa, Amerika və NATO-ya inteqrasiyanı tənqid etdi. Bunun əvəzində isə Rusiya və Çin ilə yaxınlaşma yolunu tutdu. Digər tərəfdə isə Fransa vətəndaşı olan Prezident Salome Zurabişvili dayanır ki, o da Qərbin dəstəklədiyi şəxs sayılır. Salome Zurabişvilidən başqa hakimiyyət ortaqları və müxalifət içərisində kifayət qədər qərbpərəst qüvvələr var. İndi isə qüvvələr arasında mübarizə açıq qarşıdurmaya keçib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın dövründə Gürcüstanda ABŞ və Rusiya arasında konsensus var idi. Yəni hər iki ölkəyə uyğun Gürcüstanda siyasi mühit olacaqdı. Amma indiki halda Rusiya Gürcüstanda öz mövqeylərini gücləndirir və Qərb ilə münasibətləri qoparmaq üzrədir. Qərb isə geri addım atmır. Salome Zurabişvili “xarici təsir” qanununa veto qoyaraq hökümət ilə kəllə-kəlləyə gəlir. Artıq hökümət ilə Prezident arasında əlaqələr qırmızı xətti keçmək üzrədir. Hətta Salomenin Prezidentliyini impiçment etmək istəyirdilər. Görünən odur ki, indi də “Gürcü arzusu” və Prezident arasında münasibətlər çox gərgindir və düşməncəsinədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya