Gürcüstanın 17 müxalif partiyası Zurabişvilinin “Gürcü Xartiyası”nı imzalayıb
19:55 03.06.2024
Dünya
375
Gürcüstanın 17 müxalifət partiyası və 5 müstəqil deputatı Prezident Salome Zurabişvilinin “Gürcü Xartiyası” sənədini imzalayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb. Bildirilib ki, Prezidentin təklif etdiyi xartiya “ölkənin Avropa yoluna qaytarılması” üçün fəaliyyət planını nəzərdə tutur. Zurabişvili mayın 26-da təqdim etdiyi sənədlə müxalif partiyalara vahid məqsəd üçün bir araya gəlmək təklifi edib.
Bununla belə xartiya qarşıdan gələn parlament seçkiləri üçün müxalifətin vahid namizəd siyahısının yaradılmasını və ya hansısa formada birləşməyi nəzərdə tutmur. Sənədə əsasən hökumət vəzifələrinin müəyyənləşdirilməsi prezidentlə kordinasiyalı şəkildə həyata keçiriləcək.
Xartiya eyni zamanda “ölkənin Avropa kursunu zədələyən qanunların geri çəkilməsini”, “ədliyyə sisteminin müstəqilləşdirilərək ona olan etimadın bərpa edilməsini”, seçki sisteminin inkişaf etdirilməsini və yeni siyasi reallığın yaradılmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat