Hakan Fidan Ərdoğanın adından Sülh Şurasının ilk iclasında iştirak edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan fevralın 19-da ABŞ-də keçirilməsi planlaşdırılan Sülh Şurasının ilk iclasında Ankaranı təmsil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, xarici işlər naziri fevralın 19-da Prezident Rəcəb Tayyib Ərdoğanın adından Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək.