“Türkiyə Fələstin probleminin həlli üçün məsuliyyəti öz üzərinə götürə bilər və lazım gələrsə, Qəzza zolağına hərbi kontingent göndərməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə Fələstin probleminin sülh yolu ilə həlli üçün hər cür səy göstərməyə və məsuliyyəti öz üzərinə götürməyə hazırdır”, - o qeyd edib.
Hakan Fidan zərurət yaranarsa, Türkiyənin bölgədə sülhün əldə edilməsi üçün qoşun göndərməyə də hazır olduğunu vurğulayıb.