Har kəsi bezdirdi, “təkəbbürlü cadı” adlandırıldı: İndi nifrət etdiyi ailəyə möhtacdır

Altı il əvvəl sevilmədiklərini və ayrı-seçkiliyə məruz qaldıqlarını əsas gətirərək ABŞ-a köçən Şahzadə Harri və həyat yoldaşı Meqan Markl gözlənilməz qərarla İngiltərəyə qayıdıblar.

Sherg.az xəbər verir ki, cütlüyün iki övladını artıq İngiltərədə məktəbə yerləşdirdiyi bildirilir. Bununla belə, onların ölkəyə dönüşünün daimi olub-olmayacağı hələ məlum deyil.

45 yaşlı Meqan Markl və 41 yaşlı Şahzadə Harri ABŞ-da keçirdikləri altı ildən sonra 7 yaşlı Arçi və 5 yaşlı Lilibetlə birlikdə Harrinin vətəninə qayıdıblar.

Cütlüyün ABŞ-da Netflix və Spotify kimi platformalarla imzaladığı yüksək məbləğli müqavilələrin gözlənilən nəticəni vermədiyi və bir sıra layihələrin dayandırıldığı qeyd olunur. Marklın Hollivud ulduzu olmaq arzusunun da artıq reallaşmadığı iddia edilir.

Meqan Markl haqqında yayılan bəzi iddialarda onun Montecitodakı evində işçi tapmaqda belə çətinlik çəkdiyi, bəzi şəxslərin onu “təkəbbürlü və kobud” hesab etdiyi bildirilib. ABŞ mənbələri onun yaşadığı ərazidə “təkəbbürlü cadı” kimi damğalandığını da iddia edirlər.

Digər tərəfdən, Harri və Meqanın kral ailəsi ilə bağlı olmayan layihələrinin də gözlənilən uğuru qazana bilmədiyi, Archewell şirkətində ciddi kadr dəyişikliklərinin baş verdiyi vurğulanır. Onların bəzi məşhur dostları ilə münasibətlərinin də əvvəlki kimi olmadığı iddia edilir.