
Hasan Oktay: Rusiya və Ukraynanın İstanbulda aparacağı sülh danışıqları daha sağlam zəmindir
09:10 28.08.2025
Dünya
336
İstanbul adı çəkilən digər şəhərlərlə müqayisədə daha məntiqli seçimdir
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski İstanbulda görüşə bilər.
Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
Yılmaz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki tərəflə yaxşı münasibətə malik olduğunu vurğulayaraq tərəflərin Türkiyədə görüşünü mümkün sayıb.
“Zelenski və Putin İstanbulda görüşə bilər. Niyə də olmasın? Prezidentimiz səmərəli ünsiyyəti ilə prosesi qətiyyətlə idarə etdi. O, Ukraynanın hüquqi mövqeyini qəbul etdi və digər tərəfdən, cənab Putinlə də prosesi çox müsbət şəkildə idarə etdi. Hər iki tərəflə güvən hissi ilə ünsiyyət qura bilən lider kimi həlledici mövqe tutur. Taxıl müqaviləsindən tutmuş məhbus mübadiləsinə qədər konkret nəticələr əldə olunub. Türkiyə həmişə alternativ həll yoludur.”, - Yılmaz deyib.
Qeyd edək ki, 2025-ci ilin mayından etibarən Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda bir neçə dəfə görüş keçiriblər. Çırağan sarayında təşkil olunan danışıqlarda yüzlərlə məhbusun dəyişdirilməsi, həlak olan hərbçilərin meyitlərinin qaytarılması və humanitar məsələlərin həlli istiqamətində razılıqlar əldə olunub. İyul ayında baş tutan üçüncü raundda isə Ukrayna tərəfi Rusiyaya aparılmış uşaqların geri qaytarılması və liderlər – Zelenski ilə Putinin birbaşa görüşünün təşkili məsələsini qaldırıb.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki,Ukrayna böhranı başladığı gündən etibarən Türkiyə tərəflərə həm atəşkəs, həm də sülh tövsiyə edib, lakin bir NATO ölkəsi olsa da bu prosesdə tərəfsizliyini qoruyub:

"Ukrayna və Rusiya arasında Qara dəniz vasitəsilə qonşu olan Türkiyədə, İstanbulda iki görüşmə baş tutub. Bundan əlavə, taxıl dəhlizi məsələsi də BMT ilə birlikdə Türkiyənin təşəbbüsü sayəsində bir il fasiləsiz işləyib. Əgər bir görüşmə və ya sülh sazişi İstanbulda keçirilsə, əvvəlki təcrübələr nəzərə alındıqda, irəliləyiş əldə etməyin daha asan olacağı görünür. Bu baxımdan İstanbul adı çəkilən digər şəhərlərlə müqayisədə daha məntiqli seçimdir. ABŞ-Rusiya görüşmələri isə artıq Ukraynada sülh məsələsindən kənara çıxaraq iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa yönəlmiş formata keçib. Nəticədə Ukrayna-Rusiya sülhü demək olar ki, ikinci plana düşüb. Xüsusilə də Donald Tramp bu məsələdə böyük irəliləyiş əldə edərək Ukrayna böhranını Avropa İttifaqı ilə Rusiya arasında bir problemə çevirməyə çalışıb.
Ukraynada sülh danışıqlarının özündə ehtiva etdiyi çətinliklər göstərir ki, yalnız Türkiyə kimi həm tərəfsiz, həm də hər iki ölkə tərəfindən qəbul olunan bir ölkənin vasitəçiliyi ilə, xüsusən də İstanbul kimi bir şəhərdə aparılacaq sülh danışıqları daha sağlam zəmindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət