
Hazırda Rusiya və Ukrayna savaşın davam etməsində maraqlı deyil -ŞƏRH
11:42 23.09.2024
Dünya
549
Beynəlxalq ictimaiyyət Ukraynanın Krımdan imtinasını hərbi münaqişəyə son qoymaq üçün zəruri hesab edir. Bu barədə NTA telekanalının efirində ukraynalı jurnalist Ostap Drozdov bildirib.
O söyləyib ki, Krım haqqında Polşa xarici işlər naziri Radoslav Sikorskidən eşitdiyimiz hər şeyi hamıdan və hər yerdə eşidəcəyik, çünki münaqişədən çıxış yolu ilə bağlı dünyanın baxışı Krımsız formula əsaslanır. Qeyd edək ki, Sikorski Krımın BMT mandatı altına verilməsi ilə bağlı sözlərini geri çəkib. Onun sözlərinə görə, bu, Krımın Ukraynaya qaytarılması üçün hipotetik variant idi.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Ukrayna probleminin həlli məsələsində həmişə fərqli fikirlər mövcud olub:

“Qərbmeyilli və Ukraynanın ərazi bütövlüyünü birmənalı müdafiə edənlər fikirləşirlər ki, Ukrayna öz torpaqlarını beynəlxalq hüquqa uyğun bərpa etməlidir. Bitərəf mövqedə olanlar isə söyləyirlər ki, müharibəni həll etmək üçün kompromis əldə olunmalıdır. Yəni Ukrayna bəzi torpaqlarının itirilməsi ilə barışmalıdır. Rusiyayönümlü qüvvələr isə düşünürlər ki, Ukrayna müharibəsi Rusiya üçün öz maraqlarını qorumaq savaşıdır. Ona görə də Rusiya əldə etdiyi yerlərdə qalmalı və məqsədlərinə tam çatmalıdır. Belə prizmadan yanaşdıqda eskpertlərin çıxışları bir növ subyektiv fikirlərə dönür. Çünki sözügedən məsələ obyektivlikdən kənar mövzular olaraq ön plana çıxır. 2014-ci ildən sonra onsuz da Krım de-fakto Ukraynadan qoparılıb və Rusiyanın nəzarəti altına keçib. Ona görə də indiki savaşı dayandırmaq üçün 2022-ci ildən sonra başlayan müharibənin prizmasından yanaşmalıyıq deyə düşünürlər. Böyük ehtimalla yanaşma bundan ibarət olacaq. Ukrayna tərəfi bu razılaşma ilə uyğunlaşacaqdısa, 2022-ci ildə hadisələri müharibə həddinə qədər çatdırmağın nə faydası var idi? Həqiqətən də Ukrayna Krımı azad etmək üçün müharibəyə başladı. Eyni zamanda əgər Rusiya məqsədlərinə çatmayacaqsa, belə savaşa nə ehtiyac var idi? Düşünürəm ki, yenə də Ukrayna və Rusiya dairələri arasında fikir ayrılıqları yaranacaq. Sadəcə olaraq hazırda Rusiya və Ukrayna savaşın davam etməsində maraqlı deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya