HƏMAS silahları təhvil verəcəyi vaxtı açıqladı

HƏMAS silahları bölgədəki işğal başa çatdıqdan sonra təhvil verəcək.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Məhəmməd Nazzal bildirib.

"Silahların olması işğalın mövcudluğu ilə bağlıdır", - Nazzal bildirib.

Bundan əvvəl hərəkatın Siyasi Bürosunun üzvü Qəzza zolağına “ali komissar”ın və ya anklav üzərində beynəlxalq qəyyumluğun təyin edilməsinin əleyhinə çıxış etmişdi. HƏMAS bu ssenarini köhnə müstəmləkəçilik ideyasına qayıdış hesab edib.

Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza zolağına dair sülh planının birinci mərhələsinə dair saziş imzaladığını açıqlayıb.