Hindistan Ermənistana 155 mm-lik haubitsa tədarük edəcək
Yusif Nəzərli
09:53 10.11.2022
Dünya
455
Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik ATAGS yedəkli haubitsaları tədarük edəcək. Sifariş “Bharat Forge Ltd”nin törəmə şirkəti olan “Kalyani Strategic Systems Ltd” özəl şirkəti tərəfindən alınıb.
Alıcı ölkə göstərilməyib, lakin “Business Standard”ın məlumatına görə, söhbət Ermənistandan gedir.
Qeyd olunur ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır. Müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.
Şirkət həmçinin ATAGS artilleriya qurğularının 48 km mənzilli olduğunu bildirir.
Bundan əvvəl Hindistanın “Solar Group” şirkəti “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını və Ermənistanın da bu silahın ilk alıcısı olacağını elan edib.
Xatırladaq ki, sentyabrın sonlarında Hindistanın Müdafiə Nazirliyi Ermənistana raket, reaktiv və döyüş sursatlarının ixracı ilə bağlı sərəncam imzalayıb. Razılaşmanın dəyəri barədə açıqlama verilməsə də, yaxın aylarda Ermənistana dəyəri 240 milyon dollardan çox olan silahların çatdırılacağı bildirilirdi.
Mənbə: The Hindu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi