Hindistan XİN Ukrayna səfirini çağırdı

Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmisinə hücum nəticəsində Hindistan vətəndaşının həlak olması ilə əlaqədar Ukraynanın ölkədəki səfiri Aleksandr Polişuku nazirliyə çağırıb.

Sherg.az xəbər verir ki, Hindistan XİN-in məlumatına görə, hücuma məruz qalan MV OMORFI gəmisində 10 ekipaj üzvü, o cümlədən 3 Hindistan vətəndaşı olub. Onlardan biri həlak olub, digər iki nəfərin isə təhlükəsiz olduğu bildirilib.

Rəsmi Dehli insidenti pisləyərək, belə hücumların beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə və ticarətə ciddi təhdid yaratdığını vurğulayıb. Ukrayna səfirinə Hindistanın narahatlığının Kiyevə çatdırılması tapşırılıb.

Qeyd edək ki, Hindistanın bu addımı Qara dənizdəki münaqişə zonasında öz vətəndaşlarının təhlükəsizliyi ilə bağlı artan narahatlıq fonunda atılıb.