İcma sədri: Azərbaycan lCESCO xətti ilə dəyərlərini beynəlxalq ictimayəttə çatdırır
09:08 29.04.2025
Dünya
423
lCESCO-nun xətti ilə Azərbaycan öz dəyərlərini beynəlxalq ictimayəttə çatdıra bilir.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, lCESCO rəhbərliyi ilə görüş zamanı Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların tarixi irsi, onların hüquqları və bu istiqamətdə görülən işlər diqqətə çatdırılacaq.
Əziz Ələkbərli həmçinin qeyd edib ki, ICESCO ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur:
“Azərbaycan ICESCO xətti ilə elm, təhsil və mədəniyyət sahəsindəki milli dəyərlərini beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, bu dəyərlərin təbliği və qorunması istiqamətində də geniş fəaliyyət göstərir”, – İcma sədri vurğulayıb.
Əziz Ələkbərli bildirib ki, ICESCO-nun imkanlarından istifadə edərək Qərbi Azərbaycandakı Azərbaycan mədəni irsi nümunələrinin dağıdılması prosesinin qarşısı alınması prioritetdir.
Onun sözlərinə görə, Qərbi Azərbaycan ərazisindəki mədəni irs nümunələri təkcə Azərbaycan xalqının deyil, həm də İslam dünyasının və ümumilikdə dünya mədəni irsinin bir hissəsidir:
“Bu abidələrin dağıdılması yalnız Azərbaycan mədəniyyətinə qarşı deyil, eyni zamanda dünya mədəni irsinə qarşı törədilmiş bir cinayətdir. Qərbi Azərbaycan İcmasında bu abidələrin dəqiq qeydiyyatı aparılıb və onların vəziyyəti barədə məlumatları ICESCO-ya təqdim edəcəyik. Məqsədimiz odur ki, ICESCO-nun imkanlarından istifadə edərək Qərbi Azərbaycandakı Azərbaycan və müsəlman mədəni irsi nümunələrinin dağıdılması prosesinin qarşısı alınsın.”
Əziz Ələkbərli əlavə edib ki, Abbasqulu Xan İrəvanskinin inşa etdirdiyi Təpəbaşı məscidi ilə bağlı da UNESCO-ya, həmçinin beynəlxalq təşkilatlara müraciət olunub:
“Həmin ərazilərdə mədəni irs nümunələrinin qorunması və abidələrin dağıdılmasının qarşısının alınması üçün öz səsimizi uçaltmışıq”, – deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya