
İkiüzlü siyasət: Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir -RƏY
10:49 04.08.2025
Dünya
308
Yunanıstanın hər dəfə Avropanı Türkiyəyə qarşı “əsəbləşməyə” çağırması öz zəif diplomatik mövqeyini kompensasiya etmək üçündür
“Türkiyə Egey dənizindəki iddialarından əl çəkməsə, Avropa İttifaqının (Aİ) resurslarına çıxışını əngəlləyəcəyik”.
Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib.
Baş nazir bildirib ki, Türkiyə “Kazus Belli” doktrinasını qoruyarsa, Avropa maliyyə dəstəyini dayandırmalıdır:
“Türkiyə “Kazus Belli”ni masadan götürməsə və Egeydəki boz zona ilə bağlı iddialarından əl çəkməsə, Avropa kreditlərinə çıxa bilməyəcək”.
Mitsotakis Ankaranın 1995-ci ildə Yunanıstanın Egeydəki ərazi sularını genişləndirməsinin müharibə səbəbi kimi qiymətləndiriləcəyini bildirən qərarını hədəfə alaraq, bunun aradan qaldırılmasını tələb edib.
Yunanıstan lideri Türkiyəyə diplomatik təzyiqlərin davam edəcəyini də açıqlayıb.
Avropanın Türkiyəyə yönəlik siyasətini də tənqid edən Mitsotakis Almaniya, Fransa və Böyük Britaniyanın Ankaraya silah satışına toxunub: “Onlar həmişə türklərə silah veriblər”.
Yunanıstan baş nazir Aİ-nin Türkiyə ilə münasibətlərdə daha effektiv siyasət yürütməli olduğunu iddia edib. Türkiyənin Aİ daxilindəki mövqelərinin Ankaranı məhdudlaşdırmaq baxımından strateji rol oynaya biləcəyini qeyd edən Mitsotakis vurğulayıb: “Məsələ qonşularımızın nə etdiyi deyil, bizim nə etdiyimizdir”.
Xatırladaq ki, “Kazus Belli” Roma hüququ dövründə irəli sürülmüş hüquqi termindir, “müharibə elan etmək üçün formal səbəb” anlamına gəlir.
Məsələn, 1914-cü il 28 iyun tarixində “Mlada Bosna” gizli təşkilatının üzvü olan 19 yaşlı serb tələbə Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan ershersoqu Frans Ferdinandın Sarayevoda öldürülməsi Serbiyaya ultimatum göndərilməsi üçün kazus belli rolunu oynamışdı. Avstriya-Macarıstan ultimatuma cavabdan məmnun qalmayaraq, Serbiyaya müharibə elan etmişdi.
Politoloq Tural İsmayılov “Sherg.az”a deyib ki, Türkiyə-Yunanıstan münasibətləri bu gün də gərginliklə balans arasında dəyişən, lakin Afina rəhbərliyinin ritorik avantüraları ilə daha da gərilən bir mərhələdədir:

“Baş nazir Kiriakos Mitsotakisin Türkiyəyə qarşı Avropa İttifaqını təhdid dili ilə səfərbər etməyə çalışması siyasi məsuliyyətdən yayınmaq cəhdidir. Egey dənizi məsələsində tarixi reallıq ondan ibarətdir ki, mübahisəli ərazilərin bir çoxu beynəlxalq hüquqla tam dəqiqləşməyib, lakin Yunanıstan birtərəfli mövqe sərgiləyir. Türkiyənin “Kazus Belli” doktrinası hərbi ritorika yox, Yunanıstanın dəniz hüququndan sui-istifadəsinə qarşı preventiv siqnaldır. Mitsotakis Aİ-nin resurslarını şantaj alətinə çevirməyə çalışır. Bu isə Avropa dəyərlərinə zidd, bölgədə sabitliyi pozan populist gedişdir. Yunanıstanın hər dəfə Avropanı Türkiyəyə qarşı “əsəbləşməyə” çağırması öz zəif diplomatik mövqeyini kompensasiya etmək üçündür. Əslində, Afina artıq dəfələrlə göstərib ki, dialoqa deyil, təzyiqə üstünlük verir və bu ikitərəfli münasibətləri həll yoluna yox, qarşıdurmaya aparır. Aİ isə yekdil və monolit bir aktor deyil. Almaniya, Fransa və Britaniya Türkiyə ilə əməkdaşlığı vacib sayır. Bu reallıqda Yunanıstanın “silah verənləri tənqid etməsi” qısqanclıq və geosiyasi darlıq düşüncəsidir”.
Ekspert əlavə edib ki, Əgər Ankara Egey məsələsində güzəştə getsəydi, bu, yalnız Yunanıstanın ambisiyalarına yol açardı, sülhə yox:
“Türkiyə, əksinə, bölgədə sabitliyin təminatçısıdır və beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqe sərgiləyir. Mitsotakisin “qonşularımızın nə etdiyi yox, bizim nə etdiyimizdir” açıqlaması isə ikiüzlü siyasətin etirafı kimi oxunmalıdır.
Əgər Yunanıstan regional sabitlik istəyirsə, qurucu ritorikadan və anti-Türkiyə ritorikasından əl çəkməli, real diplomatik masa arxasına oturmalıdır. Aİ isə Yunanıstanın daxili siyasi ambisiyalarına alət olmamalıdır. Çünki geosiyasətdə mətn yox, kontekst önəmlidir – və kontekst Yunanıstanı haqlı çıxarmır”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol