İlham Əliyev Küveytin ölkəmizdəki yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
12:36 19.09.2022
Dünya
456
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Abdullah Mohamed Abdullah Almauidi etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Küveytə səfərini məmnunluqla xatırladıb, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib. Biznes dairələri arasında münasibətlərin yaradılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev pandemiyadan əvvəl Azərbaycana çoxsaylı küveytli turistin səfər etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu rəqəmin daha da artacağına əminliyini bildirib.
Azərbaycanın və Küveytin beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində əməkdaşlığının vacibliyini qeyd edən Prezident İlham Əliyev işğal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini qeyd edib.
Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ərazilərimizdə vandalizm aktları törətdiyini vurğulayaraq, 67 məsciddən 65-nin dağıdıldığını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini, bu prosesdə Küveyt şirkətlərinin də iştirakının mümkünlüyünü vurğulayıb.
Azərbaycan Prezidenti müharibənin başa çatmasından iki ilə yaxın müddət ötməsinə baxmayaraq, Ermənistan tərəfindən təxribatların davam etdirildiyini deyib. Prezident İlham Əliyev Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatın sülh prosesinə mane olmaq məqsədi daşıdığını qeyd edib.
Səfir Abdullah Mohamed Abdullah Almauidi Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.
Səfir dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin olduğunu qeyd edib. Abdullah Mohamed Abdullah Almauidi ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsinin vacibliyini bildirib. Diplomat ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb, ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
15:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region
Eyni gündə 6 əməliyyat etdirən qadın öldü
12:37 25.08.2026
Hadisə
Aspirin ən təhlükəli insulta səbəb ola bilər
12:15 25.08.2026
Sağlamlıq
Rusiyadan Ermənistana xəbərdarlıq: Bədəli ağır olacaq
11:57 25.08.2026
Gündəm
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
11:37 25.08.2026
Hadisə
Rusiyada yeni səfərbərlik olmayacaq - Peskov
10:45 25.08.2026
Dünya
Robert Köçəryan və oğlu saxlanıldı - YENİLƏNDİ
10:34 25.08.2026
Region
"Euronews"un rəhbəri jurnalistləri beynəlxalq əməkdaşlığa çağırıb
10:30 25.08.2026
Media
Ali Məhkəmə sələmçilərə xəbərdarlıq edib
10:29 25.08.2026
Cəmiyyət
Azərbaycana turist axını 9 %-dən çox azalıb
10:06 25.08.2026
Cəmiyyət
Ağdamda sahibkar və şirkət əməkdaşı həbs edildi
10:01 25.08.2026
Hadisə
Azərbaycan neftinin qiyməti 95 dollara enib
09:34 25.08.2026
İqtisadiyyat
Robert Köçəryan saxlanıldı
09:21 25.08.2026
Region
Qızılın qiyməti 4 750 dolları ötüb
08:44 25.08.2026
İqtisadiyyat