İngiltərə və Uelsdə 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd olub.
Sherg.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.
Məlumata əsasən, ötən il 5 min 957 oğlan uşağına Məhəmməd adı verilib ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur. Oğlan adları arasında ikinci yerdə Nuh (Noah), üçüncü yerdə isə Leo qərarlaşıb.
Qız uşaqları arasında isə Olivia adı 2 min 386 körpəyə verilməklə ardıcıl 10-cu dəfə ən populyar ad seçilib. Siyahıda ikinci yeri Lily, üçüncü yeri isə Amelia tutub.