İran Ermənistan üçün niyə “dəridən - qabıqdan çıxır”? - Gizli səbəblər...
09:56 28.09.2021
Dünya
707
“İran fars rejiminin bütün olanlara baxmadan həyasızcasına öz əməlini davam etdirməsi, etdiyi hərəkətə özünəməxsus “don geyindirməsi”, ərazisində milyonlarla azərbaycanlı yaşamasına rəğmən davranışlarının heç bir əndazəyə sığmamasının fərqinə varmaması və nəhayət, bu hərəkətlərinin mahiyyətini ona başa salmağa çalışanları da borclu çıxarması bir daha sübut edir ki, onun hazırkı ritorikasındakı "həqiqət" xüsusi həyatı əhəmiyyət daşıyan səbəbdir”.
Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
O, “Sherg.az”a cənub qonşumuzun düşmən üçün niyə “dəridən-qabıqdan çıxmasını”nın səbəblərini izah etdi:
“Məlum olduğu kimi, əsas səbəblər Azərbaycanın inkişafı, Cənubi Azərbaycandakı azadlıq çağırışları və İsrailin ölkəmizdəki mövcudluğudur.
Məhz sadaladığım amillərə görə Tehran bütün imkanları ilə İrəvanı dəstəkləyir. Amma gizli səbəb başqadır.
İran rejimi niyə bu qədər ciddi- cəhdlə əməllərinə davam edir? Səbəb ticarətdirsə, illik 400 milyon dollar ticarət dövriyyəsi elə bir məbləğ deyil ki, bu gərginliyə dəysin.
Hər halda Azərbaycanla ticarət dövriyyəsi bundan qat-qat çoxdur. Səbəb hansısa qonşuluq, insanı davranışlardırsa, onda müsəlman ölkəsi kimi bu davranışları birinci bizə göstərməli idi. İranın bu davranışınını labüd edən ümdə amil narkoticarət və narkotrafikdən gələn gəlirdir.
Həmas, Hizbullah və husiləri ayaqda tutmaq üçün illik 50 milyard dollar xərcləyən İranın narkotikdən başqa əlavə gəlir yeri yoxdur. Bura nüvə silahı istehsalına tələb olunan maliyyəni də əlavə etmək lazımdır.
Ermənistan ərazisi isə istər narkotik istehsalı, istərsə də narkotranzit üçün ən əlverişli regiondur. Xatırladım ki, əvvəllər bu əraziyə Qarabağ və ətrafı da aid idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm