İranın hərbi komandanlığı “Xatəm əl-Ənbiya” qərargahının açıqlamasına görə, İsrailin Livana hücumlarını davam etdirməsi və ABŞ-ın atəşkəslə bağlı öhdəlikləri pozması halında Hörmüz boğazı dəniz nəqliyyatına bağlana bilər.
Sherg.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, bölgədə gərginlik və Livanda atəşkəs rejiminin pozulması davam edərsə, Tehran qarşı tərəfi öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün əlavə addımlar atacaq.
Hörmüz boğazı dünya enerji daşımaları üçün ən mühüm marşrutlardan biri hesab olunur. Bu keçid vasitəsilə Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş qazın böyük hissəsi dünya bazarlarına daşınır.
Son aylarda Yaxın Şərqdə gərginliyin artması fonunda bu boğazın mümkün bağlanması ilə bağlı müzakirələr beynəlxalq ekspert dairələrində də ciddi narahatlıq doğurur.