İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfirinin bu quruma çağırıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, səfiri Aksel Ditmana rəsmi Tehranın kəskin etirazı çatdırılıb.
Səfirin XİN-ə çağırılması Almaniyada “Qlobal Fəaliyyət Günü” çərçivəsində İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin çağırışı ilə keçirilən mitinqdən sonra baş verib.
Tehran Almaniya hökumətini İrana qarşı “dağıdıcı və beynəlxalq hüquqa zidd mövqe” tutmaqda ittiham edib.