İran televiziyasında canlı yayımda “intiqam siyahısı” yayımlandı

İran dövlətinə bağlı Ofogh televiziya kanalında canlı yayım zamanı aralarında Binyamin Netanyahunun da olduğu 7 yüksək vəzifəli İsrail rəsmisinin yer aldığı “intiqam siyahısı” nümayiş etdirilib. Siyahıda digər rəsmilərlə yanaşı Mossad direktoru David Barnea və yüksək rütbəli hərbi rəhbərlər də yer alıb.

Sherg.az xəbər verir ki, aparıcı siyahını göstərərkən ivrit dilində “Ölüm zamanınızı biz müəyyən edəcəyik, Ababil’i gözləyin” deyə təhdid səsləndirib. Bu ifadənin İran istehsalı pilotsuz uçuş aparatına işarə etdiyi bildirilir.

Hadisə Tehran ilə ABŞ arasında nüvə danışıqlarının davam etdiyi və regionda gərginliyin artdığı bir vaxta təsadüf edib. ABŞ prezidenti Donald Tramp isə İranla razılaşma əldə olunmasının vacibliyini vurğulayıb.