İran və Rusiya birgə hərbi təlimlər keçirəcəklər

İran və Rusiya silahlı qüvvələri fevralın 19-da Oman dənizində və Hind okeanının şimalında (Bəndər Abbasda) birgə təlimlər keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

İranın vitse-admiralı Həsən Maksudlu bildirib ki, təlimlərin əsas məqsədi Oman dənizində və Şimali Hind okeanında təhlükəsizliyi və sabit dəniz əməkdaşlığını gücləndirməkdir. O qeyd edib ki, təlimlərin məqsədlərinə birgə dəniz əməkdaşlığının genişləndirilməsi və iki ölkənin donanmaları arasında birgə əməliyyatların hazırlanması da daxildir.

O əlavə edib ki, təlimlərin əsas elementləri dəniz təhlükəsizliyini təhdid edən hərəkətlərə qarşı mübarizə aparmaq üçün birgə əməliyyatların aparılmasıdır. Xüsusən də ticarət gəmilərinin və neft tankerlərinin qorunması, eləcə də dəniz terrorizminə qarşı mübarizə məqsədlərdən biridir.