İranda 5,2 maqnitudalı zəlzələ olub.
Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb.
Yerli vaxtla saat 08:41-də (Bakı vaxtı ilə 09:11) qeydə alınan zəlzələnin episentri Buşehr əyalətinin Aseluyə rayonunda, yerin 18 kilometr dərinliyində yerləşib.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.