İranın devrilmiş şahının varisi Trampdan kömək istədi

İranın devrilmiş şahının varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampdan kömək istəyib.

Teleqraf xəbər verir ki, Pəhləvi müraciətində bildirib: "Zaman çox vacibdir. Sizdən kömək istəyirəm. Siz sübut etdiniz ki, sülhsevər və sözünüzün öhdəsindən gələn bir insansınız. Xahiş edirəm İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun".

Xatırladaq ki, bir gün öncə ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüşə münasibət bildirib.

Tramp qeyd edib ki, Pəhləvini izləyib və onun yaxşı insan təsiri bağışladığını düşünür, lakin hazırkı mərhələdə prezident kimi onunla görüşməyin uyğun olub-olmadığına əmin deyil: "Bu mərhələdə hər kəsə prosesin gedişini izləmək və kimin önə çıxacağını görmək imkanı verilməlidir".