İrəvanda ABŞ-nin Ermənistandakı səfirliyinin binası qarşısında avtomobildə partlayış baş verib.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Yerli vaxtla saat 18:00-da baş vermiş partlayışdan sonra yanğın başlayıb.
Hazırda patrul xidmətinin əməkdaşları xəsarət alanların olub-olmadığını, eləcə də avtomobilin sahibinin və sürücüsünün kimliyini müəyyənləşdirirlər.