İsmail Cingöz: Az qüvvə ilə əməliyyatlara başlamaq Trampı ölümə aparacaq

İran, ABŞ və İsrail arasında fevralın 28-dən etibarən başlayan müharibə 27 gündür ki, davam edir. Müharibənin acı həqiqətlərindən biri də insan tələfatıdır. İran Səhiyyə Nazirliyinin açıqlamasına görə ölkədə ölənlərin sayı 1937 nəfərə çatıb. ABŞ prezidenti Donald Tramp İranın danışıqlar masasına oturması üçün yalvardığını bildirib. İran parlamentinin sədri Məhəmməd Baqer isə ABŞ rəsmiləri ilə danışıqlar aparmadığını açıqlayıb. Bununla yanaşı, Vaşinqton müharibəyə son qoymaq üçün İrana 15 maddəlik sülh planı təklif edib. Lakin rəsmi Tehran, ABŞ nin “danışıqlar” adı altında ərazilərinə hücum aktlarının şahidi olduğu üçün ehtiyatlı davranmağa çalışır. Ona görə də İran rəsmiləri, danışıqlar bəhanəsi ilə Vaşinqtonun yerüstü əməliyyatlar üçün vaxt qazanmağa çalışdığını iddia edir. İran parlamenti spikerinin sözlərinə görə, ABŞ qoşunlarının Yaxın Şərq regionuna yerləşdirilməsi prosesi diqqətlə izlənilir. Qalibaf onu da qeyd edib ki, rəqibləri region ölkələrindən birinin köməyi ilə adaları işğal etməyə hazırlaşır. Bütün bunlara rəğmən D.Tramp, İranı danışıqlara tələsməyə çağırıb. Əks halda, onların qarşısında ağır və arzuolunmaz nəticələrin dayandığını bildirib.

Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, ABŞ ilə İsrail beynəlxalq ictimaiyyət və NATO-dan gözlədikləri dəstəyi ala bilmədilər:

“ABŞ prezidenti Donald Tramp İranın razılaşma niyyətində olduğunu və bu istiqamətdə ilkin təmasların qurulduğunu bəyan edir. Rəsmi Tehran isə ABŞ ilə danışıqların aparılmadığını vurğulayaraq, müharibənin nə vaxt başa çatacağına yalnız İranın qərar verəcəyini bildirir. Əgər Amerika savaşı dayandırsa, İran hədəflərinə çatmayacağını yaxşı anlayır. Vaşinqton tərəfindən təqdim edilən 15 maddəlik sülh planındakı şərtlər birtərəfli xarakter daşıdığı üçün İran tərəfindən xoş qarşılanmadı. Mövcud hərbi-siyasi dinamika göstərir ki, nə ABŞ, nə də İsrail qarşıya qoyduqları əsas məqsədlərə tam nail ola bilib”. 

Analitikin sözlərinə görə, İran hücuma məruz qalan ölkə obrazı formalaşdırmaqla, ABŞ-yə meydan oxuyur:

“İranın da Amerika kimi öz tələbləri var. Rəsmi Tehran, ABŞ-nin İrana haqsız hücumlar başlatdığını iddia edərək, ölkəyə dəyən zərərə görə ondan təzminat tələb edir. Digər tərəfdən, atəşkəs əldə olunacağı təqdirdə, ərazilərinə yenidən hücum edilməyəcəyinə zəmanət verilməsi və Hörmüz boğazında İranın fəaliyyətinin beynəlxalq standartlar əsasında tənzimlənməsi kimi şərtlər irəli sürülür. ABŞ və İsrailin müharibəyə başlamadan öncə, umduqları arzular boşa çıxdı. Hücumların ilk günlərində, İran xalqını rejimə qarşı ayaqlandırmağa çağıran Tramp, yeni hökumət quracaqlarını vəd etmişdi. Buna baxmayaraq, İran cəmiyyəti, kürd, fars və türklər daxil olmaqla rejim ətrafında birləşərək, ölkəni düşmənə qarşı qorumağa başladılar. Hətta İran xalqı, rejimlə problemləri olsa belə, bunu ABŞ və İsrailin təzyiqləri ilə deyil, öz daxili ictimai-siyasi iradələrinə əsasən həll edəcəklərini bildirdilər”. 

İ.Cingöz qeyd edib ki, İrana qalib gələ bilməyən ABŞ, bir sıra yollara əl atır:

“Trampın, İranın 48 saat ərzində Hörmüz boğazını açmaması halında, elektrik stansiyalarını vuracaqlarını açıqlamasından sonra hücumları 5 gün müddətinə təxirə salmaq qərarı təəccüb doğurdu. Böyük ehtimalla, ABŞ rəhbəri, hücumları ərtələməklə yerüstü əməliyyat üçün vaxt qazanmağa çalışır. Görünür, İranın qarşısına iki seçim qoyulub: Ya ABŞ-nin tələblərinə uyğun olaraq danışıqlar masasına oturmalı, ya da İsrail-ABŞ birləşmiş qüvvələrinin yerüstü əməliyyatlarının fəsadları ilə üzləşməlidir. Əsas hədəflər arasında Hörmüz boğazı ilə Xark adasının nəzarətə götürülməsi və İranın zənginləşdirilmiş uran materiallarının ölkədən çıxarılması yer alır. Yəni ABŞ, bir tərəfdən atəşkəs danışıqlarını gündəmə gətirir, digər tərəfdən isə quru əməliyyatlarına hazırlıq görüntüsü formalaşdırmaqla, İranı psixoloji baxımdan danışıqlara məcbur etməyə çalışır”. 

Ekspertin qənaətinə görə, ABŞ-nin İsrailin yanlış qiymətləndirmələrinə əsaslanaraq İrana hücum etməsi ciddi strateji xətadır:

“Beynəlxalq mediada yer alan məlumatlara görə, Epşetyn dosyası ilə hədələnən Tramp, İsrail ilə birgə İrana hücum etməyə məcbur qalıb. Halbuki, ABŞ İrana hücum etməzdən öncə həm 38 trilyon dolları aşan xarici borc, həm də daxili siyasi problemlərlə qarşı-qarşıya idi. Həmin dövrdə, Vaşinqtonun təhlükəsizlik strategiyasında Çinin iqtisadi baxımdan nəzarətdə saxlanılması, Arktik okeanı və Qrenlandiya ilə bağlı münasibətlər, eləcə də Panama, Kanada və Venesuela kimi mühüm regional məsələlər yer alırdı. ABŞ-nin problemləri həll etmədən İranla müharibəyə başlaması böyük təəccüb doğurdu. Görünən odur ki, Tramp ya aldadılıb, ya da müharibəyə daxil olmağa məcbur edilib”. 

,İ. Cingöz bildirib ki, az qüvvə ilə yerüstü əməliyyatlara başlamaq Trampı ölümə aparacaq:

" İran, ABŞ və İsrail arasında fevralın 28-dən etibarən başlayan müharibə 27 gündür ki, davam edir. Müharibənin acı həqiqətlərindən biri də insan tələfatıdır. İran Səhiyyə Nazirliyinin açıqlamasına görə ölkədə ölənlərin sayı 1937 nəfərə çatıb. ABŞ prezidenti Donald Tramp İranın danışıqlar masasına oturması üçün yalvardığını bildirib. İran parlamentinin sədri Məhəmməd Baqer isə ABŞ rəsmiləri ilə danışıqlar aparmadığını açıqlayıb. Bununla yanaşı, Vaşinqton müharibəyə son qoymaq üçün İrana 15 maddəlik sülh planı təklif edib. Lakin rəsmi Tehran, ABŞ nin “danışıqlar” adı altında ərazilərinə hücum aktlarının şahidi olduğu üçün ehtiyatlı davranmağa çalışır. Ona görə də İran rəsmiləri, danışıqlar bəhanəsi ilə Vaşinqtonun yerüstü əməliyyatlar üçün vaxt qazanmağa çalışdığını iddia edir. İran parlamenti spikerinin sözlərinə görə, ABŞ qoşunlarının Yaxın Şərq regionuna yerləşdirilməsi prosesi diqqətlə izlənilir. Qalibaf onu da qeyd edib ki, rəqibləri region ölkələrindən birinin köməyi ilə adaları işğal etməyə hazırlaşır. Bütün bunlara rəğmən D.Tramp, İranı danışıqlara tələsməyə çağırıb. Əks halda, onların qarşısında ağır və arzuolunmaz nəticələrin dayandığını bildirib.

Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, ABŞ ilə İsrail beynəlxalq ictimaiyyət və NATO-dan gözlədikləri dəstəyi ala bilmədilər:

“ABŞ prezidenti Donald Tramp İranın razılaşma niyyətində olduğunu və bu istiqamətdə ilkin təmasların qurulduğunu bəyan edir. Rəsmi Tehran isə ABŞ ilə danışıqların aparılmadığını vurğulayaraq, müharibənin nə vaxt başa çatacağına yalnız İranın qərar verəcəyini bildirir. Əgər Amerika savaşı dayandırsa, İran hədəflərinə çatmayacağını yaxşı anlayır. Vaşinqton tərəfindən təqdim edilən 15 maddəlik sülh planındakı şərtlər birtərəfli xarakter daşıdığı üçün İran tərəfindən xoş qarşılanmadı. Mövcud hərbi-siyasi dinamika göstərir ki, nə ABŞ, nə də İsrail qarşıya qoyduqları əsas məqsədlərə tam nail ola bilib”. 

Analitikin sözlərinə görə, İran hücuma məruz qalan ölkə obrazı formalaşdırmaqla, ABŞ-yə meydan oxuyur:

“İranın da Amerika kimi öz tələbləri var. Rəsmi Tehran, ABŞ-nin İrana haqsız hücumlar başlatdığını iddia edərək, ölkəyə dəyən zərərə görə ondan təzminat tələb edir. Digər tərəfdən, atəşkəs əldə olunacağı təqdirdə, ərazilərinə yenidən hücum edilməyəcəyinə zəmanət verilməsi və Hörmüz boğazında İranın fəaliyyətinin beynəlxalq standartlar əsasında tənzimlənməsi kimi şərtlər irəli sürülür. ABŞ və İsrailin müharibəyə başlamadan öncə, umduqları arzular boşa çıxdı. Hücumların ilk günlərində, İran xalqını rejimə qarşı ayaqlandırmağa çağıran Tramp, yeni hökumət quracaqlarını vəd etmişdi. Buna baxmayaraq, İran cəmiyyəti, kürd, fars və türklər daxil olmaqla rejim ətrafında birləşərək, ölkəni düşmənə qarşı qorumağa başladılar. Hətta İran xalqı, rejimlə problemləri olsa belə, bunu ABŞ və İsrailin təzyiqləri ilə deyil, öz daxili ictimai-siyasi iradələrinə əsasən həll edəcəklərini bildirdilər”. 

İ.Cingöz qeyd edib ki, İrana qalib gələ bilməyən ABŞ, bir sıra yollara əl atır:

“Trampın, İranın 48 saat ərzində Hörmüz boğazını açmaması halında, elektrik stansiyalarını vuracaqlarını açıqlamasından sonra hücumları 5 gün müddətinə təxirə salmaq qərarı təəccüb doğurdu. Böyük ehtimalla, ABŞ rəhbəri, hücumları ərtələməklə yerüstü əməliyyat üçün vaxt qazanmağa çalışır. Görünür, İranın qarşısına iki seçim qoyulub: Ya ABŞ-nin tələblərinə uyğun olaraq danışıqlar masasına oturmalı, ya da İsrail-ABŞ birləşmiş qüvvələrinin yerüstü əməliyyatlarının fəsadları ilə üzləşməlidir. Əsas hədəflər arasında Hörmüz boğazı ilə Xark adasının nəzarətə götürülməsi və İranın zənginləşdirilmiş uran materiallarının ölkədən çıxarılması yer alır. Yəni ABŞ, bir tərəfdən atəşkəs danışıqlarını gündəmə gətirir, digər tərəfdən isə quru əməliyyatlarına hazırlıq görüntüsü formalaşdırmaqla, İranı psixoloji baxımdan danışıqlara məcbur etməyə çalışır”. 

Ekspertin qənaətinə görə, ABŞ-nin İsrailin yanlış qiymətləndirmələrinə əsaslanaraq İrana hücum etməsi ciddi strateji xətadır:

“Beynəlxalq mediada yer alan məlumatlara görə, Epşetyn dosyası ilə hədələnən Tramp, İsrail ilə birgə İrana hücum etməyə məcbur qalıb. Halbuki, ABŞ İrana hücum etməzdən öncə həm 38 trilyon dolları aşan xarici borc, həm də daxili siyasi problemlərlə qarşı-qarşıya idi. Həmin dövrdə, Vaşinqtonun təhlükəsizlik strategiyasında Çinin iqtisadi baxımdan nəzarətdə saxlanılması, Arktik okeanı və Qrenlandiya ilə bağlı münasibətlər, eləcə də Panama, Kanada və Venesuela kimi mühüm regional məsələlər yer alırdı. ABŞ-nin problemləri həll etmədən İranla müharibəyə başlaması böyük təəccüb doğurdu. Görünən odur ki, Tramp ya aldadılıb, ya da müharibəyə daxil olmağa məcbur edilib”. 

İ. Cingöz bildirib ki, az qüvvə ilə yerüstü əməliyyatlara başlamaq Trampı ölümə aparacaq:

“Digər tərəfdən, ABŞ Prezidenti Nümayəndələr Palatası və Senatdan uzunmüddətli müharibə səlahiyyəti ala bilmədiyi üçün, 60 günlük əməliyyat çərçivəsində hərbi fəaliyyəti davam etdirə bilər. Artıq Tramp, 33 gün ərzində İranı atəşkəs müzakirələrinə məcbur etməlidir. İran tərəfi də, mövcud reallıqdan xəbərdar olduğu üçün öz mövqeyini möhkəm saxlayır. Əgər ABŞ İsraillə birlikdə yerüstü əməliyyatlara başlayarsa, bu onlar üçün intihara bərabər olar. Çünki, İran coğrafyası quru əməliyyatı üçün əlverişli deyil. Əməliyyatın uğurlu olması üçün onların 1 milyon canlı qüvvəyə ehtiyacı var. Lakin mövcud şəraitdə, İsrail və ABŞ-nin 1 milyonluq ordu ilə hava, quru və dəniz istiqamətlərində genişmiqyaslı əməliyyat aparmaq imkanları yoxdur”.:

“Digər tərəfdən, ABŞ Prezidenti Nümayəndələr Palatası və Senatdan uzunmüddətli müharibə səlahiyyəti ala bilmədiyi üçün, 60 günlük əməliyyat çərçivəsində hərbi fəaliyyəti davam etdirə bilər. Artıq Tramp, 33 gün ərzində İranı atəşkəs müzakirələrinə məcbur etməlidir. İran tərəfi də, mövcud reallıqdan xəbərdar olduğu üçün öz mövqeyini möhkəm saxlayır. Əgər ABŞ İsraillə birlikdə yerüstü əməliyyatlara başlayarsa, bu onlar üçün intihara bərabər olar. Çünki, İran coğrafyası quru əməliyyatı üçün əlverişli deyil. Əməliyyatın uğurlu olması üçün onların 1 milyon canlı qüvvəyə ehtiyacı var. Lakin mövcud şəraitdə, İsrail və ABŞ-nin 1 milyonluq ordu ilə hava, quru və dəniz istiqamətlərində genişmiqyaslı əməliyyat aparmaq imkanları yoxdur”.