Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib. Buna səbəb İsrail qüvvələrinin Livanın cənubunda quru əməliyyatlarını genişləndirməsi və Bofor qalasının ələ keçirilməsi olub.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Nazir qeyd edib ki, Fransa İsrailin də digər ölkələr kimi özünümüdafiə hüququnu tanıyır, lakin Livanda hərbi əməliyyatların davam etdirilməsini və Livan ərazilərinin daha dərin işğalını heç bir halda əsaslandırmaq mümkün deyil.
Barro BMT Təhlükəsizlik Şurasının bu vəziyyətlə bağlı təcili toplanmasını tələb etdiyini vurğulayıb.